Bank Of Baku

Hacıqabul rayon mərkəzinin qaz təchizatı yenidən qurulur

Hacıqabul rayon mərkəzinin qaz təchizatı yenidən qurulur
# 08 dekabr 2009 21:34 (UTC +04:00)
Hacıqabul. Әlibәy Zeynallı - APA. Hacıqabul rayon mərkəzinin qaz təchizatı yenidən qurulur. Bu barәdә APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov məlumat verib.

Onun dediyinə görə, “Azərbaycan Respublikasında yaxın gələcəkdə əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təchizatını etibarlı təmin etmək haqqında Tədbirlər Planı”na uyğun olaraq ARDNŞ tərəfindən Hacıqabul rayon mərkəzinin qazla təmin olunması məqsədilə geniş tikinti işləri aparılır.

Hazırda rayon mərkəzinə yeni standartlara uyğun 14 km məsafədə 300 mm və 50 mm-lik qaz xətləri çəkilib. 170 evin arxasında ötürücü qurğular quraşdırılıb. Yaxın aylarda 1500 fərdi evin yaxınlığına qaz paylayıcı çıxışlar quraşdırılacaq. Rayon mərkəzi tam şəkildə yeni xətlərlə və qurğularla təchiz olunacaq. Bütün abonentlərə və qaz istehlakçılarına yeni tipli smartkartla işləyən qaz sayğacları quraşdırılacaq.

Qazın təzyiqi yüksək olduğundan, hər bir evin yaxınlığında quraşdırılacaq qaz paylayıcı qurğularda qazın təzyiqini operativ nizamlamaq mümkün olacaq. Tikinti işləri ilə əlaqədar hazırda rayon mərkəzinə qaz verilişi tamamilə dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR