Bank Of Baku

Bu il DSMF-nin fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% artıb

Bu il DSMF-nin fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% artıb
# 09 dekabr 2009 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% artıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 8,6 faiz və ya 140 029 nəfər artıb. Belə ki, dekabrın 1-nə olan vəziyyətə görə, fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 631 479 nəfərə çatıb. Onlardan 54,8%-i (894 988 nəfər) kişi, 45,2%-i (736 491 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş arasında sığortaolunanlar nisbətən daha çoxdur. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 27,1%-ni (442 850 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 21,9% (357 394 nəfər), 30-40 yaşa kimi sığortaolunanlar 22,4% (366 236 nəfər), 50-60 yaşa kimi sığortaolunanlar 20,1% (327 269 nəfər), 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 20,1% (137 730 nəfər) təşkil edir.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı ilin yanvarın 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR