Bank Of Baku

Azərbaycan vətəndaşları Moskvada sürücülük edə bilməyəcək

Azərbaycan vətəndaşları Moskvada sürücülük edə bilməyəcək
# 09 dekabr 2009 15:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2010-cu il yanvarın 1-dən kommersiya qurumları sürücü vəzifəsinə miqrantları cəlb edə bilməyəcəklər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Moskva Nəqliyyat və Rabitə Departamentinin başçısı Vasili Kiçedji deyib. O bildirib ki, miqrantların sürücü işləməsinə qadağa qoyulması barədə qərar hələ 8 ay əvvəl qəbul edilib: “Əcnəbilər şəhəri yaxşı tanımır, rus dilini zəif bilir, yol nişanlarına çətinliklə adaptasiya olurlar”.

V. Kiçedji qeyd edib ki, hazırda şəhərdəki marşrut avtobuslarında çalışan sürücülərin 70 faizi miqrantlardır və onların əksəriyyəti Azərbaycan, Ermənistan, Tacikistan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR