Bank Of Baku

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi beynəlxalq insan haqları təşkilatlarına müraciət edib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi beynəlxalq insan haqları təşkilatlarına müraciət edib
# 09 dekabr 2009 15:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr - İnsan Haqları Günü ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. Bu barədə APA-ya İctimai birliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, BMT-yə, Avropa Şurasına, ATƏT-ə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanlanan müraciətdə bildirilib ki, BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib: “Bəyannamənin qəbul olunmasının 61-ci ildönümündə Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün 1 milyondan artıq Azərbaycan vətəndaşının hüquqları pozulub, el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub, 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4166 nəfər soydaşımız itkin düşüb, 800 nəfərdən çox azərbaycanlı işgəncələrə məruz qalaraq Ermənistan tərəfdə saxlanılır”.

Müraciətdə qurum İnsan Haqları Günündə beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə və 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmasına çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR