Bank Of Baku

ABŞ-ın Sülh Korpusu Sumqayıtda andiçmə mərasimi keçirib

ABŞ-ın Sülh Korpusu Sumqayıtda andiçmə mərasimi keçirib
# 09 dekabr 2009 15:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 9-da ABŞ-ın Sülh Korpusu Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mədəniyyət Sarayında özünün Azərbaycandakı yeddinci qrupu üçün andiçmə mərasimi keçirib. APA-nın məlumatına görə, tədbirdə Sülh Korpusunun 64 təlimçisi təntənəli surətdə and içib. Onlar Azərbaycanın 32 rayonunda müxtəlif təşkilatlarda və məktəblərdə öz bilik və bacarıqlarını, təcrübələrini tətbiq edəcəklər.

Sülh Korpusu ABŞ-ın hökumət təşkilatıdır və 1961-ci ildə prezidenti Con F. Kennedi tərəfindən təsis edilib. Korpusun məqsədi dünyada sülh və əmin-amanlığın qorunması üçün xalqların bir-birini tanımasına, bir-birinin mədəniyyətlərini öyrənməsinə nail olmaq, inkişaf etməkdə olan ölkələrə mütəxəssis yardımı göstərməkdir. Hazırda Sülh Korpusunun 139-dan çox ölkədə 200 minə yaxın könüllüsü fəaliyyət göstərir.

Korpusun Azərbaycan nümayəndəliyi 2003-cü ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR