Bank Of Baku

Ədliyyə naziri Niderland Krallığının səfiri ilə görüşüb

Ədliyyə naziri Niderland Krallığının səfiri ilə görüşüb
# 09 dekabr 2009 16:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycanın ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının Azərbaycana yeni təyin olunan səfiri Yan Lukas İnayat van Hoorn ilə görüşüb. APA-nın xəbərinə görə, Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir 2002-ci ildə iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanan anlaşma memorandumunun əməkdaşlıq üçün zəmin yaratdığını, hüquqi sahədə əlaqələrin inkişaf etdiyini, bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə əməkdaşlığın prioritetləri müzakirə olunaraq inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən xaricə tədris səfərlərinin təşkili, digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdəki Ədliyyə Tarixi Muzeyi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR