Bank Of Baku

Sumqayıtda yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslərin təltif olunma mərasimi keçirilib

Sumqayıtda yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslərin təltif olunma mərasimi keçirilib
# 10 dekabr 2009 08:19 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüş şəxslərin təltif olunması mərasimi keçirilib.

APA-nın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətində baş tutan mərasimdə icra başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən V.Əliyev yüksək dövlət mükafatlarına layiq görülmüş şəxsləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra V.Əliyev mükafatları təqdim edib. Sonda dövlət mükafatlarına layiq görülmüş şəxslər çıxış edərək, göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan 65 nəfər respublikanın yüksək mükafatları - 6 nəfər “Şöhrət” ordeni ilə, 41 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 13 nəfərə fəxri adlar, 5 nəfərə isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR