Bank Of Baku

Bakıda əlil, qadın və miqrant hüquqları ilə bağlı konfrans keçirilir

Bakıda əlil, qadın və miqrant hüquqları ilə bağlı konfrans keçirilir
# 10 dekabr 2009 08:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı BMT-nin İctimai İnformasiya Departamentinin, İnsan Haqları üzrə Ali Komissarlığın, BMT-nin Əhali Fonunun Azərbaycandakı nümayəndəliklərinin təşkilatçılığı ilə konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransda əlillərin, qadınların, miqrantların hüquqları və bu qəbildən olan insanların məruz qaldıqları ayrı-seçkiliklərlə bağlı müzakirələr aparılır.

Konfransda BMT-nin baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı etdiyi müraciəti oxunub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladlen Stefanov tədbirdə çıxış edib. O, çıxışında bütün insanların eyni hüquqlarının olduğunu, bu yöndə heç bir ayrı-seçkiliyə yol verilməməsinin vacibliyini bildirib.

Konfrans davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR