Bank Of Baku

Azərbaycan ərazisində hava yağmursuz keçəcək

Azərbaycan ərazisində hava yağmursuz keçəcək
# 10 dekabr 2009 09:20 (UTC +04:00)
Cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən APA-ya bildirib ki, havanın temperaturu gündüz 5-7, axşam 3-5 dərəcə isti olacaq.

Dekabrın 11-də havanın buludlu, gecə və səhər yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi günün ikinci yarısında cənub küləyi əvəz olunacaq. Gecə 2-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Dekabrın 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Dekabrın 12-13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin mülayim tərəddüdləri və cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR