Bank Of Baku

Son bir ildə Azərbaycanda əhaliyə satılan istehlak mallarının dəyəri 8,6% artıb

Son bir ildə Azərbaycanda əhaliyə satılan istehlak mallarının dəyəri 8,6% artıb
# 10 dekabr 2009 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 10,5 mlrd. manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 8,6% çox müxtəlif çeşidli istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu malların 6,8 mlrd. manatını ərzaq, 3,7 mlrd. manatını isə qeyri-ərzaq malları təşkil edib, onların həcmi müvafiq olaraq 10,5% və 4,5% artıb. Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,7%-i hüquqi şəxslərin, 42,8%-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,5%-i isə mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb.

Bununla yanaşı, 2009-cu ilin on bir ayı ərzində əhaliyə 3,6 mlrd. manatlıq və ya 12,3% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 80%-i hüquqi, 20%-i isə fiziki şəxslərin payına düşüb və keçən ilin eyni dövrü ilə müqayisədə onların həcmi müvafiq olaraq 12,5% və 11,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR