Bank Of Baku

Bakıda böhranın əmək bazarına təsiri mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda böhranın əmək bazarına təsiri mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 10 dekabr 2009 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Subregional Ofisi tərəfindən birgə təşkil olunmuş «Qlobal məşğulluq paktı ümumdünya böhranının əmək bazarına təsirini azaltmaq vasitələrindən biri kimi» adlı subregional konfrans işə başlayıb.

«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfransda (dekabrın 10-11-i) əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Subregional Ofisinin direktoru xanım Petra Ulşofer, həmçinin Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan respublikalarının Əmək və Sosial Müdafiəsi nazirliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qeyd edib ki, konfrans qlobal iqtisadi böhranın nisbətən səngidiyi bir vaxta keçirilir. Lakin sosial gərginlik və böhranın əmək bazarına mənfi təsiri hələ də davam etməkdədir: «Azərbaycanda iqtisadi şərait sosial sektora investisiya qoyuluşunun yüksək səviyyədə saxlanılmasına imkan verib. Belə ki, 2003-2009-cu illər ərzində ölkədə yoxsulluq səviyyəsi 46,7%-dən 13%-ə, işsizlik səviyyəsi 10,7%-dən 6%-ə, o cümlədən cari ilə ərzində işsizlik səviyyəsi 0,4% azalıb».

F.Ələkbərovun sözlərinə görə, həmin müddət ərzində 822462 iş yeri yaradılıb ki, bunun da 86,6%-i özəl sektorun payına düşüb.

Ünvanlı sosial yardım proqramına toxunan nazir bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində son üç il ərzində yardım alanlar arasında yoxsulluq səviyyəsinin 20% azaldığını qeyd edib: «Dünya Bankı bu göstəricini ünvanlı sosial yardım mexanizmi tətbiq edilən ölkələr arasında ən səmərəli nəticə hesab edir. Həmçinin müəyyən olub ki, sosial proqramların icrası üçün ayrılmış vəsaitlərin istifadə edilməsində səmərəlilik göstəriciləri başqa ölkələrə nisbətən Azərbaycanda daha yüksəkdir. Sosial yardımın təyin edilməsində ünvanlılıq prinsipi təqribən 90% təmin edilir».

F.Ələkbərov çıxışının sonunda layiqli əməyə və səmərəli məşğulluğa nail olmaq üçün uzunmüddətli mütərəqqi dəyişikliklərin həyata keçirilməsini, həmçinin bu kursun ardıcıl davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, konfrans «Layiqli Əmək və Ölkə Proqramı»nın icrası ilə əlaqədar əldə olunmuş nəticələri təhlil etməyə və 2010-cu ildən sonra regional prioritetləri müəyyənləşdirməyə şərait yaradacaq.

Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR