Bank Of Baku

Azərbaycanın Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Memorandum imzalanıb

Azərbaycanın Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Memorandum imzalanıb
# 10 dekabr 2009 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında “Təhsildə əməkdaşlıq” proqramı üzrə anlaşma Memorandumu imzalanıb. APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, “Microsoft” şirkəti ilə əməkdaşlıq “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir: ““Microsoft” şirkəti ilə əməkdaşlıq təhsil müəssisələrinin internetə qoşulması, məktəblərə verilmiş kompüterlərin lisenziyalaşdırılmış proqram təminatı, müəllimlərin beynəlxalq tədbirlərdə iştirakı, “İnnovativ müəllimlər”, “İnnovativ tələbələr”, “İnnovativ məktəblər” layihələrində iştirak, “Xalq kompüteri” layihəsi vasitəsilə informasiya texnologiyalarına çıxış deməkdir. İl ərzində 500 məktəb sürətli internet şəbəkəsinə qoşulub. Hədəfimiz gələn il bütün məktəblərin bu şəbəkəyə qoşulmasını təmin etməkdir”.

Nazir layihə çərçivəsində gələn il orta məktəb şagirdlərinə 4 minə yaxın “netbook” hədiyyə ediləcəyini açıqlayıb: “Aşağı sinif şagirdləri üçün nəzərdə tutulan “netbook”lar seçmə məktəblərə və şagirdlərə veriləcək. Bu il şagirdlərə 400 belə “netbook” hədiyyə olunub”.

“Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə əməkdaşlıq” proqramının rəhbəri Teodor Milev isə bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın Təhsil Nazirliyi ilə əməkdaşlığı davam etdirməyə şaddır: “Biz istəyirik ki, daha çox müəllim, şagird və məktəb informasiya texnologiyalarına çıxış əldə etsin. Buna görə də məktəblərə lazımi köməklik göstəririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR