Bank Of Baku

Füzuli Ələkbərov: “Böhranla bağlı Azərbaycanda iş yerlərinin azalması müşahidə edilib”

Füzuli Ələkbərov: “Böhranla bağlı Azərbaycanda iş yerlərinin azalması müşahidə edilib”
# 10 dekabr 2009 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda müəyyən mərhələdə iş yerlərinin azalması prosesi müşahidə edilib. Bu azalma kimya sənayesi, alüminium istehsalı, bir sözlə, ixrac yönümlü yerli müəssisələrdə qeydə alınıb.

«APA-Economics»in məlumatlına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Onun sözlərinə görə, qeyd olunan müəssisələr istehsal etdiyi malları yalnız daxili bazar üçün nəzərdə tutmayıb. Bu məhsullar eyni zamanda xarici ölkələr və region dövlətləri üçün istehsal olunur. Ölkədə iş yerlərinin azalmasına əsas səbəb də məhz xarici ölkələrdə böhran zamanı alıcılıq qabiliyyətinin azalması olub. Bununla yanaşı, xarici ölkələrdə müxtəlif proqramların ixtisara düşməsi ilə bağlı məcburən Azərbaycanda iş yerləri azalıb.

F.Ələkbərov qeyd edib ki, Azərbaycanda tikinti sektorunun inkişafı əvvəlki tempdə davam edir: “Lakin təəssüflər olsun ki, indiyədək bu sektorda, xüsusilə yüksək peşəkar mütəxəssislərə olan tələbat çox yüksəkdir. Buna görə də bəzi xarici vətəndaşlar Azərbaycanda iş tapa bilirlər. Amma digər tərəfdən, sevindirici haldır ki, tikinti sektoru ölkə iqtisadiyyatının əsas aparıcı sektorlarında biri kimi bu gün yenə də öz inkişaf dövrünü yaşayır. Hazırda tikinti sektorunda işləyən fəhlə 500-600 manat həcmində əmək haqqı alır. Bunu biz hamımız müşahidə edirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR