Bank Of Baku

Eyyub Hüseynov: “Azərbaycanda ən çox istehlakçı hüquqlarının pozulması kommunal sektordadır”

Eyyub Hüseynov: “Azərbaycanda ən çox istehlakçı hüquqlarının pozulması kommunal sektordadır”
# 10 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda ən çox istehlakçı hüquqlarının pozulması kommunal sektordadır. «APA-Economics»in məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, hələ də istehlakçıların hüquqlarının kütləvi pozulmasına dair məlumatlar, faktlar mövcuddur. Təkcə bu ilin ötən dövrü ərzində hüquqları pozulmuş şəxslərdən AİB-ə 171 şikayət daxil olub. Bu şikayətlərdən 71-i müzakirə yolu ilə həll edilib, 30 şikayət baxılması üçün dövlət orqanlarına, 4-ü isə məhkəmələrə göndərilib.

E.Hüseynov qeyd edib ki, Azərbaycan tarixində ilk dəfə məhkəmə bir şikayətçini problemini müzakirə yolu ilə həll etmək üçün AİB-in ofisinə göndərib.

Təşkilat rəhbəri qeyd edib ki, nəqliyyat sektorunda istehlakçılarının hüquqlarının pozulması dəfələrlə qeyd olunub. Bayram günlərində qiymətlərin süni artırılması, eləcə də digər bu kimi hadisələr mövcuddur.

AİB sədri rayonlarda hələ də ölmüş heyvanların ətinin kolbasa sexlərinə satılması faktlarının mövcud olduğunu qeyd edib. Artıq AİB bu işlə məşğul olanların izinə düşüb və məlumatları toplayır.

E.Hüseynov onu da bildirib ki, dekabrın sonu - gələn il yanvar ayının əvvəllərindən AİB Bakı şəhərinin bazarlarında və 50 ticarət obyektində monitorinqlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR