Bank Of Baku

Bakıda Zəlzələlərin Proqnozlaşdırılması Qlobal Şəbəkəsinin İdarə Heyətinin iclası və beynəlxalq seminar keçirilib - FOTO

Bakıda Zəlzələlərin Proqnozlaşdırılması Qlobal Şəbəkəsinin İdarə Heyətinin iclası və beynəlxalq seminar keçirilib - <font color=red>FOTO</font>
# 10 dekabr 2009 13:57 (UTC +04:00)
Bakı – APA. Dekabrın 1-dən 8-nə qədər Bakıda “Zəlzələlərin proqnozlaşdırılmasına dair beynəlxalq sistemin effektivliyi, problemləri və perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarla eyni vaxtda dekabrın 3-4-də Zəlzələlərin Proqnozlaşdırılması Qlobal Şəbəkəsinin (GNFE) İdarə Heyətinin iclası olub. GNFE-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda və iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Çexiya, Avstriya, Pakistan və İndoneziya alimləri, rəsmi şəxslər, eləcə də Beynəlxalq Elmlər Akademiyasının prezidenti, avstriyalı Valter Kofler iştirak edib.

2010-cu ilin ilk yarısında GNFE-nin Türkiyənin paytaxtı Ankarada Yaxın, Orta Şərq və Cənubi Avropa üzrə bürosunun açılması qərara alınıb. İstanbulda və ABŞ-da regional nümayəndələr, Londonda icraçı direktor, Pakistan və İndoneziyada regional direktorlar təsdiqlənib. Mərkəzi qərargah Londonda olacaq. 2010-cu ildə İstanbulda zəlzələlərin proqnozlaşdırılması stansiyalarının hazırlanması və testdən keçirilməsinə dair “Atropatena” istehsalat-eksperimental mərkəzinin yaradılması barədə qərar qəbul edilib. Azərbaycanlı professor Elçin Xəlilov GNFE-nin prezidenti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR