Bank Of Baku

Lerikə yağan güclü qar bir sıra problemlər yaradıb

Lerikə yağan güclü qar bir sıra problemlər yaradıb
# 10 dekabr 2009 14:03 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Lerik rayonuna güclü qar yağıb. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda şəhərə yağın qarın qalınlığı 20 santimetr, ucqar kəndlərdə isə 40-50 santimetr təşkil edir. Bu isə müəyyən problemlərin yaranması ilə nəticələnib. Belə ki, qarın yağması ilə rayonun elektrik təsərrüfatı ciddi ziyan çəkib. Son iki gün ərazində rayonun təxminən 70 faizi işıqsız qalıb. Qəza briqadalarının səyləri ilə bu gün bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişini bərpa etmək mümkün olub. Elektrik enerjisinin olmaması Lerik şəhər məktəblərində qazanxanaların işləməməsinə və tədris prosesində müəyyən fasilələrin yaranmasına da səbəb olub.

Qarın çoxluğu, həmçinin rayonun ucqar kəndlərinə gediş-gəlişi də çətinləşdirib. Rayon Fövqəladə Hallar Komissiyası və digər əlaqədar təşkilatlar vəziyyətin normallaşması üçün müvafiq tədbirlərini davam etdirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometrologiya Müəssisindən APA-nın yerli bürosuna bildirilib ki, son günlər cənub bölgəsində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir çox dağ çaylarında suyun səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Qeyd edək ki, hazırda bölgədə buludlu hava şəraiti hökm sürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR