Bank Of Baku

Bakıda tütünlə mübarizə üzrə milli konfrans keçiriləcək

Bakıda tütünlə mübarizə üzrə milli konfrans keçiriləcək
# 10 dekabr 2009 14:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dekabrın 14-də Bakıda “Azərbaycanda milli tütünçəkmə ilə mübarizə strategiyasının hazırlanması” layihəsi çərçivəsində tütünlə mübarizə üzrə milli konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti və layihənin koordinatoru Nurlan Əliyev məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda 15-49 yaşlı kişilərin 49%-i tütün çəkməklə məşğuldur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan dünyasını dəyişir.

“Azərbaycanda milli tütünçəkmə ilə mübarizə strategiyasının hazırlanması” layihəsi “Blomberg” təşəbbüsünün dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin “Blomberq” İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir. Bir illik layihənin icrasına 2009-cu ilin oktyabr ayında başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR