Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti «Bəxtiyar Vahabzadə adına» təqaüd təsis edib

Azərbaycan Nazirlər Kabineti «Bəxtiyar Vahabzadə adına» təqaüd təsis edib
# 10 dekabr 2009 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Bəxtiyar Vahabzadə adına» təqaüdün təsis edilməsi haqqında qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Azərbaycanın dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün «Bəxtiyar Vahabzadə adına» 4 təqaüd təsis ediləcək. Tədris ilinin hər bir semestri üçün tələbələrə bu təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən qəbul ediləcək.

Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR