Bank Of Baku

Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTOSESSİYA

Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 dekabr 2009 15:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, “Buta Palace”da keçirilən tədbirə Olimpiadanın iştirakçıları, təşkilatçıları ilə bərabər millət vəkilləri, hökumət nümayəndələri, təhsil, gənclər və idman nazirliklərinin rəhbərliyi qatılıb. 48 ölkədən 258 şagirdin iştirak etdiyi Olimpiada fizika, kimya və biologiya fənləri üzrə olub. Olimpiadada iştirak edənlərin 84-ü bürünc, 60-ı gümüş, 20-si isə qızıl medal qazanıb. Qızıl medalların sayına görə birinci yeri Rusiya tutub - 6 medal. Azərbaycan təmsilçiləri yarışmada qızıl medal qazana bilməyiblər. Azərbaycan Olimpiadada 9 medal qazana bilib ki, bunların 2-si gümüş, 7-si bürüncdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR