Bank Of Baku

Sumqayıtda HİV/AİDS virusu ilə bağlı seminar keçirilib

Sumqayıtda HİV/AİDS virusu ilə bağlı seminar keçirilib
# 10 dekabr 2009 23:34 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycan AİDS-lə Mübarizə Mərkəzi ilə birgə HİV/AİDS virusu ilə bağlı seminar təşkil edib.

APA-nın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən seminarda hər iki mərkəzin həkimləri, şəhərin tibb işçiləri və şəhər ictimaiyyəti iştirak edib. Seminar zamanı Sumqayıtda bu virusun daşıyıcılarının vəziyyəti müzakirə edilib, xəstəlikdən qorunma yollarını əks etdirən slaydlar nümayiş etdirilib.

Sonda seminar iştirakçılarını xəstəliklə bağlı maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR