Bank Of Baku

Tiflis Dövlət Universitetində “Gürcüstan prezidentinin etnik azlıqların gürcü ali məktəblərinə qəbulu ilə bağlı təşəbbüsü” mövzusunda görüş keçirilib - FOTO

Tiflis Dövlət Universitetində “Gürcüstan prezidentinin etnik azlıqların gürcü ali məktəblərinə qəbulu ilə bağlı təşəbbüsü” mövzusunda görüş keçirilib - <font color=red>FOTO</font>
# 11 dekabr 2009 07:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis Dövlət Universitetinin “Azərbaycanın dostları” klubunda universitetin rektoru Georgi Xubua və Gürcüstan parlamentinin deputatı Ramin Bayramovla bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı Tələbə Assosiyasının üzvlərinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin gürcü ali məktəblərinə qəbul zamanı etnik azlıqların öz doğma dillərində imtahan verməsi təşəbbüsü əsas müzakirə mövzusu olub.
Qeyd olunub ki, ölkə prezidentinin vahid milli imtahanlar barədə verdiyi açıqlamasına görə, azərbaycanlılar və digər etnik azlıqlar gələn ildən gürcü ali məktəblərinə xüsusi güzəştli şərtlərlə qəbul ediləcək. Tədbirdə çıxış edən Azərbaycanlı Tələbə Assosiyasiyasının sədri Samirə İsmayılova tələbələrin bu mövzuda həyata keçirəcəkləri proqram barədə görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Gürcüstanda etnik azlıqların nümayəndələri olan gənclər gürcü dilini lazımi səviyyədə bilmir və bu səbəbdən gürcü ali məktəblərinə qəbul zamanı çətinliklərlə üzləşirlər.

TDU-nun rektoru Georgi Xubua tələbələri fəallığını və onların bu təşəbbüsünü bəyəndiyini qeyd edib. Rektor etnik azlıqların inteqrasiyası məsələsində azərbaycanlılara əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib: “Biz parlamentin deputatı Ramin Bayramovla bir çox vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, müzakirələrdə dövlətimiz üçün lazım olan gözəl ideyalar barədə fikir mübadiləsi apara bildik. Bunları həyata keçirmək lazımdır. Gürcüstan bizim vətənimizdir və mən də bir vətəndaş kimi sizinlə birlikdə bu xeyirxah işlərə imza atmağa hazıram. Gələcəkdə rəhbərlik etdiyim universitetə etnik azlıqların, xüsusilə azərbaycanlı tələbələrin qəbul olmasına sevinərəm”.
Gürcüstan parlamentinin deputatı Ramin Bayramov çıxışında qeyd edib ki, son zamanlar azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyasının səviyyəsi xeyli yüksəlib: “Lakin bir çox problemlər var ki, onları birlikdə həll edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR