Bank Of Baku

Ünvanlı sosial yardımla bağlı təqdim edilən sənədlərin yenidən qəbuluna başlanacaq

Ünvanlı sosial yardımla bağlı təqdim edilən sənədlərin yenidən qəbuluna başlanacaq
# 11 dekabr 2009 09:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Növbəti ilin yanvar ayından etibarən ünvanlı sosial yardımla bağlı təqdim edilən sənədlərin yenidən qəbuluna başlanılacaq.

«APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin aparıcı məsləhətçisi Musa Ağamalıyev bildirib.

M.Ağamalıyevin sözlərinə görə, sənəd qəbulunun dayandırılması qurumun kompüter şəbəkəsinin yenidən qurulması ilə bağlı olub.

M.Ağamalıyev daha sonra ünvanlı sosial yardımla bağlı vətəndaşlara ödəniləcək aylıq yardımın gecikdirilməsi məsələsinə də toxunub: «Yardım alan hər bir vətəndaşa təyinatı üzrə aylıq vəsaitlər ödənilir. Lakin ödənişlərlə bağlı gecikdirmələr də olur ki, bu da vəsaitlərin bir ay müddətində gec ayrılması ilə bağlıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR