Bank Of Baku

Azərbaycan Qazaxıstanın Xəzərdə nərəkimilərin sənaye ovuna moratorium qoyulmasına dair müraciətinə münasibət açıqlayıb

Azərbaycan Qazaxıstanın Xəzərdə nərəkimilərin sənaye ovuna moratorium qoyulmasına dair müraciətinə münasibət açıqlayıb
# 11 dekabr 2009 10:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xəzəryanı dövlətlərin müvafiq qurumlarına Xəzər dənizində nərəkimilərin sənaye ovuna müvəqqəti moratorium qoyulmasına dair müraciəti ilə əlaqədar açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, hər bir Xəzəryanı dövlət birtərəfli qaydada nərəcinsli balıqların sənaye məqsədilə ayrılmış milli kvotasından tam və ya hissəli olaraq imtina etmək səlahiyyətinə malikdir: “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qazaxıstanın irəli sürdüyü təklifə dair bildirir ki, nərəcinsli balıqların sənaye ovuna tam qadağa qoyulması bu balıqların ehtiyatlarının artırılması və mühafizə edilməsi haqqında birtərəfli sazişin bağlanmasından sonra mümkün ola bilər”.

Açıqlamada o da qeyd olunur ki, Azərbaycan artıq 30 ildir, kələmo (şip) balığının ovu kvotasından könüllü imtina edib. 2009-cu il 15-16 iyul tarixində İranın Bəndər-Ənzəli şəhərində keçirilən Xəzər dənizinin Su Bioresursları Komissiyasının 30-cu iclasında isə Azərbaycan tərəfi nərəkimilərin daha bir növünün - bölgənin kvotasından birtərəfli qaydada imtina etdiyini açıqlayıb. Odur ki, hazırda Azərbaycan nərəkimilərin sənaye məqsədləri üçün ovlanması mümkün olan 4 növündən - kələmo, bölgə, uzunburun və nərədən yalnız ikisinin kvotasından istifadə edir.

Uzunburun növünün ehtiyatında yaranmış gərginlik nəzərə alınaraq onun da sənaye ovuna qadağa qoyulması məsələsi Azərbaycan tərəfindən araşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər Xəzəryanı ölkələri də bu təşəbbüsə qoşularaq bu və ya digər balıq növlərinin sənaye ovundan imtina etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR