Bank Of Baku

AMEA prezidenti: “Səhvimizi boynumuza alırıq, amma alimlərimiz ciddi fundamental əsərlər də yaradıblar”

AMEA prezidenti: “Səhvimizi boynumuza alırıq, amma alimlərimiz ciddi fundamental əsərlər də yaradıblar”
# 11 dekabr 2009 11:30 (UTC +04:00)
Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov məlumat verib. Onun sözlərinə görə, iclasda AMEA institutlarının ünvanına səsləndirilən iradlarla əlaqədar qərar layihəsi qəbul ediləcək: “İnstitut direktorlarına iki həftə vaxt veriləcək. İki həftə ərzində onlar rəhbərlik etdikləri institutların fəaliyyətini gücləndirməklə bağlı təkliflərini hazırlayıb, Rəyasət Heyətinə təqdim etməlidirlər. Bundan sonra həmin təkliflər Rəyasət Heyətinin iclasında geniş müzakirə ediləcək”.

M. Kərimovun sözlərinə görə, nöqsanlara yol verən institut direktorlarının vəzifədən azad edilməsi məsələsi hələ gündəmdə deyil: “Qaydaya görə, direktor seçki yolu ilə seçilir, onların direktorluq müddəti bitdikdə isə müsabiqə elan edilir. İnstitut direktorlarının hamısı həmin məqaləni oxuyublar və iradlarla razılaşırlar. Bu o demək deyil ki, direktorları işdən çıxaraq. Onlara möhlət vermək lazımdır. Hazırda bu məsələ ciddi müzakirə olunur”.

AMEA prezidenti deyib ki, akademiyanın ictimai və humanitar elmlər bölməsi tərəfindən son doqquz ildə görülmüş işlərlə bağlı məqalə hazırlanır. Məqalə gələn həftə dərc ediləcək: “Biz iradlarla razılaşırıq və səhvimizi boynumuza alırıq, amma indiyədək akademiyanın alimləri ciddi fundamental əsərlər də yaradıblar”.

M. Kərimovun sözlərinə görə, AMEA-da Azərbaycanın dövlətçiliyi baxımından gərəkli olan tədqiqatdan kənar qalmış elmi mövzuların toplusu hazırlanıb: “Təəssüf ki, xüsusən də ictimai və humanitar elmlər sahəsində bəzən təkrarçı və mənasız mövzular işlənib. Keçən il AMEA Rəyasət Heyəti qərar vermişdi ki, dissertasiya mövzuları institutların elm üzrə problem şuralarında müzakirə edilsin. Dissertantlara yalnız dəyərli yeni mövzular vermək lazımdır. İndiyədək dissertasiya mövzuları institutlarda verilirdi, Rəyasət Heyətinin isə bu mövzulardan xəbəri olmurdu. İndi isə mövzuların verilməsində Rəyasət Heyətinin rəyi nəzərə alınacaq. Biz təklif edirik ki, hansı institutun doktoranturaya qəbul aparması da akkreditasiya yolu ilə müəyyən edilsin. Çox güman ki, doktorantura ilə bağlı qaydaları təsdiq edəndən sonra bu qaydanı da tətbiq edəcəyik. Doktoranturaya qəbulu yalnız potensialı olan institutlar aparmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR