Bank Of Baku

Ginnesin Rekordlar Kitabının komissiyası Azərbaycana gələcək

Ginnesin Rekordlar Kitabının komissiyası Azərbaycana gələcək
# 11 dekabr 2009 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda sərbəst şəkildə paraşütlə tullanmış 13 yaşlı yeniyetmə Rüstəm Orucovun adının Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün kitabın Moskva ofisinin nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasından məlumat verilib.

Bu günlərdə Ginnesin Rekordlar Kitabı şuranın müraciətini araşdıraraq təşkilatın sədri, polkovnik Novruzəli Orucova məktub göndərib. Məktubda deyilir ki, R. Orucov indiyədək dünyada paraşütlə sərbəst şəkildə tullanmış ən azyaşlı şəxsdir. Dünyanın ən gənc idmançı-paraşütçüsünün adını təsdiqləmək üçün yaxın vaxtlarda Ginnesin Rekordlar Kitabının Moskva ofisinin nümayəndə heyəti Bakıya gəlməyi planlaşdırır. R. Orucov nümayəndə heyətinin gözü qarşısında yenidən paraşütlə tullanacaq.

Qeyd edək ki, R. Orucov Balakən Aviasiya Mərkəzində 800 metrdən artıq yüksəklikdən paraşütlə tullanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR