Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib

Gürcüstanda Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
# 11 dekabr 2009 13:26 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində Heydər Əliyevin anım günü qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tələbələrin, professor-müəllim heyətinin, qonaqların iştirak etdiyi tədbiri universitetin rektoru, professor Novruz Bayramov açaraq Heydər Əliyevin əmək fəaliyyətindən, onun keçdiyi ömür yolundan danışıb.

“Heydər Əliyev və gənclər”, onun ömür yolundan bəhs edən filmlər nümayişi olub.

Qeyd edək ki, bu gün Tiflisdə Heydər Əliyevin büstü ziyarət edilib. Həmçinin, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin , Kvemo-Kartli qubernatorunun müavini Koba Kobiaşvilinin və Dmanisi və Bolnisi rəhbərliklərinin iştirakı ilə həmin rayonlarda Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib. Anım tədbirlərində gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR