Bank Of Baku

Misir səfiri Şərqşünaslıq İnstitutunda olub

Misir səfiri Şərqşünaslıq İnstitutunda olub
# 11 dekabr 2009 13:28 (UTC +04:00)
Bakı – APA. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Mənsur dekabrın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan APA-ya verilən məlumata görə, diplomat əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb. O, institutda ərəbşünaslığa, islamşünaslığa dair tədqiqatların, o cümlədən Misirlə bağlı araşdırmaların aparılmasından məmnunluğunu bildirib. Səfir ölkəsində Azərbaycanla bağlı tədqiqat aparan alimlərin olduğunu da deyib. Söhbət zamanı hər iki ölkə alimlərinin qarşılıqlı elmi səfərlərinin təşkilinin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Daha sonra S. Mənsur Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. Filologiya elmləri doktoru Vilayət Cəfərov, filologiya elmləri namizədləri Laura Orucova, Əfsanə Məmmədova, tarix elmləri namizədləri Esmeralda Ağayeva və Əmmar Abbasov institutda ərəb ədəbiyyatı, dili, tarixi ilə bağlı, eləcə də islamşünaslıq, mənbəşünaslıq sahələrində aparılan tədqiqatlar barədə qonağa ətraflı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR