Bank Of Baku

Hollandiyada “keçi qripi” yayılmağa başlayıb

Hollandiyada “keçi qripi” yayılmağa başlayıb
# 11 dekabr 2009 15:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünya əhalisini təlaşa salan “quş” və “donuz” qriplərinin ardınca “keçi qripi” də yayılmağa başlayıb. APA-nın xarici KİV-ə istinadən məlumatına görə, xəstəlik Hollandiyada yayılmağa başlayıb. Xəstəlik hələlik ancaq heyvandan insana keçir. Artıq Hollandiyada bu xəstəliyə 2300 adam yoluxub və onlardan 6 nəfəri ölüb. Hollandiya hökuməti epidemiyanın miqyasından qorxaraq on minlərlə keçi və qoyunu məhv etməyi tələb edir. Hazırda epidemiya ölkənin şərq və cənub hissəsində yayılır. Ölkənin bu hissəsində ən azı 375 min keçi saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, epidemiya ölkədəki 350 fermadan 55-də qeydə alınıb.

“Keçi qripi”nin simptomları digər qriplərdə olduğu kimidir: boğaz və baş ağrısı, burun axması, əzələlərin və oynaqların ağrısı, halsızlıq, yüksək hərarət. Xəstəlik müalicə olunmasa, pnevmoniya əlamətləri başlayır və xəstə ölə bilər.

Mütəxəssislər bildirirlər ki, vaxtında müəyyən edilərsə, “keçi qripi”ni müasir antibiotiklərlə müalicə etmək olar. Təmiz və quru hava da xəstəliyin müalicəsinə kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR