Bank Of Baku

Samuxda göz xəstəliklərindən əziyyət çəkənlər pulsuz müayinə olunacaq

Samuxda göz xəstəliklərindən əziyyət çəkənlər pulsuz müayinə olunacaq
# 12 dekabr 2009 09:15 (UTC +04:00)
Samux. Ayxan Hüseynov-APA. Samux rayon icra hakimiyyətinin təşəbbüsü və Heydər Əliyev Fondunun yardımı ilə Samux rayonunda göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün pulsuz müayinə günləri keçirilir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 3 gün davam edəcək müayinələri Neftçilər Xəstəxanasının oftalmologiya şöbəsinin 4 nəfərlik heyəti tərəfindən aparılır. Heyətə professor Çingiz Cərullazadə rəhbərlik edir. Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əlişanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 3 gün ərzində Samux rayonunda təxminən 450 nəfərədək oftalmoloji xəstə ilkin tibbi müayinə ediləcək və alınmış nəticələr əsasında müəyyən müalicə işləri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR