Bank Of Baku

Ramiz Həsənov: “Yanacaqdoldurma məntəqələrində satılan yanacağın həm keyfiyyəti, həm də miqdarı ilə bağlı bəzi çatışmazlıqlar var”

Ramiz Həsənov: “Yanacaqdoldurma məntəqələrində satılan yanacağın həm keyfiyyəti, həm də miqdarı ilə bağlı bəzi çatışmazlıqlar var”
# 12 dekabr 2009 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Ərzaq məhsullarının keyfiyyəti ilə bağlı mütəmadi monitorinqlər aparırıq. Yanacaqdoldurma məntəqələrində də monitorinqlər davam edir. Bu monitorinqlər zamanı istehlakçılara satılan yanacağın həm keyfiyyəti, həm də miqdarı ilə bağlı bəzi çatışmazlıqlar meydana çıxıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Standartlaşdırma, Patent və Metrologiya üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. O satılan yanacağın keyfiyyətinin standartlara uyğun gəlmədiyini və miqdarında da problemlər olduğunu vurğulayıb: “Bəzi yanacaqdoldurma məntəqələrində problem yanacağa əlavə qatışıqların qatılması ilə əlaqədardır. Yüksək oktanlı yanacağı aşağı səviyyəli yanacaqla qatırlar. Bu kimi halların qarşısını alır, tədbirlər görür, həmin məntəqələrin sahiblərini cərimələyirik”.

Ramiz Həsənov 2010-cu ildən Azərbaycanda ərzaq və yeyinti məhsulları sahəsində yeni Avropa standartlarının tətbiqinin nəzərdə tutulduğunu bildirib: “İxrac potensialımızı artırmaq üçün biz o standartları qəbul edəcəyik”. Komitə sədri gələn ay Etalon Mərkəzinin açılışının planlaşdırıldığını deyib: “Avropa İttifaqı ilə bizim tvininq layihəmiz var. O proqrama əsasən çatışmayan avadanlıqlar gətiriləcək və açılış olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR