Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə plakat və yaddaş vərəqələri nəşr etdirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə  plakat və yaddaş vərəqələri nəşr etdirib
# 12 dekabr 2009 10:21 (UTC +04:00)
Bakı-APA. Qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti kütləvi tirajla plakat və yaddaş vərəqələri nəşr etdirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, plakat və yaddaş vərəqələrində qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin azyaşlı uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması nəticəsində yarana biləcək fövqəladə hallar barədə xəbərdarlıqlar öz əksini tapıb.
Bundan başqa respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərən televiziya kanalları üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən «Qaz təsərrüfatı: yanğın, partlayış və zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı» adlı qısametrajlı videomaterial da hazırlanıb. Videomaterial qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının geniş və əhatəli şəkildə təbliğinə xidmət edir.
Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yaşayış yerlərində əhali ilə maarifləndirmə işi aparmaqla yanaşı, nəşr olunmuş yanğına qarşı təbliğat xarakterli çap məhsullarının təhsil və səhiyyə müəssisələrində, ticarət və ictimai iaşə obyektlərində, Bakı Metropoliteninin stansiyalarında, əhalinin daha sıx toplaşdığı digər yerlərdə yayılmasını həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR