Bank Of Baku

“Azərsu” ASC-nin prezidenti: “İçməli suyun qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik”

“Azərsu” ASC-nin prezidenti: “İçməli suyun qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik”
# 12 dekabr 2009 10:41 (UTC +04:00)
Onun sözlərinə görə, belə bir müraciətin edilməsi nəzərdə tutulmur. N. Rzayev bildirib ki, su təchizatı ilə bağlı insanların narazılığının qarşısının alınması üçün son vaxtlar müəyyən işlər görülüb: “Bakı şəhərində magistral xətlərin dəyişdirilməsi, vaxtilə istismar müddəti baş çatdığından yararsız vəziyyətə düşmüş xətlərin dəyişdirilməsi, su anbarları və nasosların tikilməsi, mövcud anbarların təmir edilməsi istiqamətində işlər görülür”.

“Azərsu” prezidenti mənzillərə verilən suyun keyfiyyətinin gündəlik olaraq müvafiq yoxlamalardan keçdiyini bildirib və içməli su ilə bağlı heç bir problemin olmadığını qeyd edib. N. Rzayev əhalinin içməli sudan istifadəyə görə borclarının bəzən səhvən çox göstərilməsi hallarına rast gəlindiyini deyib: “Belə hal olanda məsələ araşdırılır, həmin abonentlə görüşülür, məsələ onunla birlikdə müzakirə olunur. Əgər ortada hər hansı səhv olsa, aradan qaldırılır”.

N. Rzayev bir sıra hallarda magistral su, kanalizasiya xətlərinin üzərində tikinti işlərini aparıldığını da qeyd edib: “Biz buna qarşı mübarizə aparırıq, çalışırıq ki, o obyektləri həmin yerlərdən köçürək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR