Bank Of Baku

Bakıda «Ekoloji park»ın salınmasına başlanılıb

Bakıda «Ekoloji park»ın salınmasına başlanılıb
# 12 dekabr 2009 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Bakıda «Ekoloji park» salınır. «APA-Economics»in məlumatına görə, öu öarədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2010-cu il Azərbaycanda «Ekologiya ili» elan olunub. Artıq ARDNŞ Bakı və Abşeron yarımadasında 10-15 il bundan öncə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərinə başlayıb: «Bibiheybət, Balaxanı və H.Z.Tağıyev NQÇİ-nin ərazilərində təmizlik işləri aparılır və yaşıllıq salınır. H.Z.Tağıyev NQÇİ-nin 9,3 hektar ərazisində «Ekoloji park»ın salınmasına başlanılıb. Bu işlər üç mərhələdə aparılacaq».

R.Abdullayev onu da qeyd edib ki, «Ekoloji park»da ağaclar əkilib, parniklər salınacaq, həmçinin müəyyən flora istehsal olunacaq. Belə ki, burada 2010-cu ilin sonunda çoxlu sayda ting əkilib və müxtəlif növ toxumlar istehsal olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR