Bank Of Baku

Bakıda borclu abunəçilərin qaz təchizatı dayandırılacaq

Bakıda borclu abunəçilərin qaz təchizatı dayandırılacaq
# 14 dekabr 2009 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakının Yasamal rayonu ərazisində debitor borcu olan əhali abunəçilərinin təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, istifadə edilən təbii qazın dəyərinin ödənilməsi barədə Bakı şəhəri Qaz İstismarı İdarəsi tərəfindən abonentlərə edilmiş xəbərdarlıq müddəti artıq başa çatdığından Yasamal rayonu ərazisində borcu olan əhali abunəçilərinin qaz təchizatı dayandırılacaq.

Qeyd edək ki, Yasamal rayonu üzrə istifadə olunan təbii qaza görə yaranmış debitor borcun ümumi məbləği 11 413,1 manat təşkil edir. Bu günədək Yasamal Rayon Qaz İstismar Sahəsi tərəfindən abonentlərə 11 200-dən artıq bildiriş paylanıb ki, borclu olan abunəçilərin borcları ödənilməyənə qədər mənzillərinin qaz təchizatı bərpa olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR