Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 14 dekabr 2009 08:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabrın I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 11 m3/san azalaraq 193 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddindən (YVQH) atıq olub.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 154 m3/san təşkil edib. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 4, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,85-6,63 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR