Bank Of Baku

İngiltərə Parlamenti Lordlar Palatasının üzvü: “Qubadakı kimi dəhşətli soyqırım nişanələri ilə rastlaşmamışam”

İngiltərə Parlamenti Lordlar Palatasının üzvü: “Qubadakı kimi dəhşətli soyqırım nişanələri ilə rastlaşmamışam”
# 14 dekabr 2009 08:39 (UTC +04:00)
Quba. Könül Abdulayeva-APA. Azərbaycanda səfərdə olan İngiltərə Parlamenti Lordlar Palatasının üzvü Baronessa Sayeda Uorsi Qubadakı kütləvi məzarlığı ziyarət edib. APA-nın şimal bürosunun xəbərinə görə, qonaq ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım hadisəsinin əyani sübutları ilə tanış olub. O, APA-nın əməkdaşına açıqlamasında Azərbaycan xalqına qarşı törədilən soyqırımı hadisələrini pislədiyini deyib: “Mən soyqırımına məruz qalan müxtəlif ölkələrdə olmuşam, amma buradakı kimi dəhşətli nişanələrlə rastlaşmamışam. Təəssüflənirəm ki, insanlara qarşı belə qəddarcasına rəftar olunub. Bir siyasətçi olaraq Azərbaycanın tarixində olan bu hadisələri dərindən öyrənmək mənim əsas məqsədlərimdəndir. Çünki mən İngiltərə Parlamentində Azərbaycanla bağlı məruzə edəcəyəm. Məni mütəəssir edən bu faciə ilə bağlı Lordlar Palatasına mütləq məlumat verəcəyəm. Mən Azərbaycanda törədilən soyqırımı hadisələrinə etiraz edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR