Bank Of Baku

Musa Quliyev: “Hazırda Azərbaycanda siqaret aludəçiliyi ilə rəsmi mübarizə aparılmır”

Musa Quliyev: “Hazırda Azərbaycanda siqaret aludəçiliyi ilə rəsmi mübarizə aparılmır”
# 14 dekabr 2009 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Azərbaycanda hökumət səviyyəsində siqaretə aludəçiliyi ilə rəsmi mübarizə aparılmır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” qanun qəbul olunsa da, İnzibati Xətalar Məcəlləsinə buna uyğun əlavə və dəyişikliklər edilməyib. M. Quliyev qanunvericilikdə siqaret çəkməyin məhdudlaşdırılması ilə bağlı profilaktik tədbirlər nəzərdə tutulmadığını da söyləyib: “Bütün bunlar qanunvericilikdə təsbit olunmadığından büdcədə siqaret çəkməyin məhdudlaşdırılması üçün maliyyə ayrılması nəzərdə tutulmur”.

M. Quliyev hazırda Milli Məclisdə “Siqaret çəkməyin məhdudlaşdırılması haqqında” 12 bənddən ibarət qanun layihəsinin müzakirə olunduğunu vurğulayıb. Qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirlərinin azaldılması məqsədilə siqaret çəkməyin məhdudlaşdırılmasının hüquqi əsaslarını müəyyənləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR