Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasında yeni qəbul şöbəsi açılıb

Azərbaycan Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasında yeni qəbul şöbəsi açılıb
# 14 dekabr 2009 10:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Mərkəzi Neftçilər Xəstəxanasında yeni qəbul şöbəsi istifadəyə verilib. «APA-Economics»in məlumatına görə, şöbənin açılış mərasimində iştirak edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə burada yaradılmış şərait barədə məlumat verilib. Həmçinin, təcili yardım heyətinin hazırlığı nümayiş etdirilib.

Jurnalistlərə açıqlamasında R.Abdullayev bildirib ki, qəbul şöbəsi müasir standartlara cavab verir. Burada yeni kompüter tomoqrafiyası, rentgen avadanlıqları quraşdırılıb.

«Xəstəxanada Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemi qurulur. Bu da işin gedişini asanlaşdıracaq. Analizlərin cavablarının avtomatik olaraq hər bir həkimə göndərilməsi həyata keçiriləcək», - deyə R.Abdullayev əlavə edib.

R.Abdullayev onu da bildirib ki, hazırda ARDNŞ-in 10 regionda diaqnostika mərkəzi var və bu mərkəzlərdə əhaliyə pulsuz xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR