Bank Of Baku

Azərbaycanda qan donorlarının sayı iki dəfədən çox artıb

Azərbaycanda qan donorlarının sayı iki dəfədən çox artıb
# 14 dekabr 2009 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda qan xidmətinin təşkili ilə bağlı dövlət proqramı qəbul olunduqdan sonra ölkədə donorların sayı iki dəfədən çox artıb. Ümumiyyətlə, 2007-ci ildən bu yana hər il qan donorlarının sayı 7-8 min nəfər çoxalır”. APA-nın məlumatına görə, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev deyib. O bildirib ki, hazırda donor qanı ilə bağlı cüzi qıtlıq hiss olunsa da, bu, ötən illərlə müqayisə olunmayacaq dərəcədədir. A. Hacıyev hazırda bütün dünyada, o cümlədən Azərbaycanda qan ehtiyatının uzun müddət üçün yaradılmadığını söyləyib: “Elmi təcrübə göstərir ki, qandansa, qan komponentlərinin götürülməsi daha yaxşıdır. Trombositlərin ömrü çox qısa - cəmi bir neçə saatdır. Eritrositləri isə bir neçə gündən bir aya qədər saxlamaq mümkündür. Əvvəllər Qan Bankı qan torbalarını humanitar yardım şəkilində alırdı. İndi isə qanı lazımi şəraitdə saxlamaq üçün bütün avadanlıqlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR