Bank Of Baku

Güclü külək Azərbaycanın Lerik rayonuna ciddi ziyan vurub

Güclü külək Azərbaycanın Lerik rayonuna ciddi ziyan vurub
# 14 dekabr 2009 12:03 (UTC +04:00)
Lerik. Ağəddin Babayev-APA. Dünən axşam saatlarından başlayaraq Lerik rayonunda güclü külək səməyə başlayıb. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın yerli bürosuna verdiyi xəbərə görə, rayonda 100-dən çox elektrik dirəyi aşıb, 3000 metrdən çox elektrik naqili qırılıb. Masallı-Televar-Lerik və Lənkəran-Hamarat-Lerik 35 KiloVoltluq yüksək gərginlikli hava xətlərində baş verən qəza nəticəsində rayona elektrik verilişi dayandırılıb. Hazırda rayonun heç bir yaşayış məntəqəsində elektrik enerjisi yoxdur.

H. Məlikovun sözlərinə görə, külək fərdi və ictimai tikililərin dam örtüyünü uçurub. Şirvan şəhərindəki Regional Elektrik Şəbəkəsi tərəfindən rayona 10 ədəd elektrik dirəyi göndərilib. Hazırda qəza briqadaları elektrik enerjisinin bərpa olunması və qəza nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün tədbirlər görür.

Rayon Fövqəladə Hallar Komissiyasının təmsilçiləri dəyən ziyanın məbləğin hesablayırlar.

Qeyd edək ki, Astara, Lənkəran, Masallı rayonlarında da güclü külək müşahidə edilir. Külək böyük ağacları yıxıb və bəzi köhnə tikililərin dam örtüklərini atıb. Adıçəkilən rayonların bir sıra yaşayış məntəqələrində hazırda elektrik enerjisi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR