Bank Of Baku

Göyçay rayonunda əsən güclü külək binanın dam örtüyünü atıb - FOTO

Göyçay rayonunda əsən güclü külək binanın dam örtüyünü atıb - <font color=red>FOTO</font>
# 14 dekabr 2009 12:23 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün günorta saatlarından başlayaraq Göyçay rayonunda güclü külək əsməyə başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, güclü külək nəticəsində rayona elektrik verilişi tamamilə dayandırılıb.

Külək Göyçay şəhərində 5 böyük çinar ağacını aşırıb. Güclü külək, həmçinin şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsi, 12 ünvanında yerləşən “Bank Respublika”nın yerli filialının yerləşdiyi binanın dam örtüyünü də atıb. Damdakı şiferlərdən bir neçəsi binanın həyətində dayanan, Göyçay şəhər sakini Mustafayev Bulud Bahadur oğluna məxsus “Range Rover” markalı minik avtomobilinin üstünə düşüb. Avtomobilə 15 manata yaxın ziyan dəydiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR