Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası və USAİD arasında əməkdaşlıq memorandumu imzalanacaq

QHT-lərə Dövlət Dəstəyi Şurası və USAİD arasında əməkdaşlıq memorandumu imzalanacaq
# 14 dekabr 2009 19:15 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanacaq.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma memorandumunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və USAİD-in Cənubi Qafqaz üzrə missiya rəhbəri Jonathan M.Konli imzalayacaq.

Memorandumun imzalanma mərasimi dekabrın 15-də saat 15.00-da “Caspian Plaza”nın konfrans zalında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR