Bank Of Baku

Azərbaycanın Quba, Xaçmaz, Qusar rayonlarına qar yağıb

Azərbaycanın Quba, Xaçmaz, Qusar rayonlarına qar yağıb
# 15 dekabr 2009 07:33 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Ötən gündən başlayaraq Azərbaycanın şimal bölgəsində dəyişkən soyuq hava şəraiti hökm sürür. APA-nın şimal bürosunun xəbərinə görə, gecə saatlarından bölgədə əsən güclü şimal küləyi qarla əvəzlənib. Bu gün səhər saatlarında Quba, Xaçmaz, Qusar şəhərlərinə 5 santimetr qalınlığında qar yağıb. Quba RegionaL Hidrometrologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, şimal rayonlarında havanın temperaturu 9-10 dərəcə aşağı düşüb.
Bölgənin ucqar yaşayış məntəqələrinə düşən qarın qalınlığı isə 30-40 santimetrdir.
Xaçmaz və Quba rayonlarına təbii qazın verilməsində fasilələr yaranıb. Güclü qar nəticəsində ucqar yaşayış məntəqələrinə gedən avtomobil yolları buz bağlayıb və təhlükəli vəziyyət yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR