Bank Of Baku

Gəncədə şagirdlər arasında fənn olimpiadası keçirilib

Gəncədə şagirdlər arasında fənn olimpiadası keçirilib
# 15 dekabr 2009 08:00 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında - Respublika Fənn Olimpiadasının 1-ci turu keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, Əhməd Cavad adına 2 saylı məktəbdə keçirilən olimpiadada məktəblərin Azərbaycan və rus bölməsindən 10 fənn üzrə ümumilikdə 971 şagird iştirak edib. Olimpiadada humanitar, dəqiq fənnlərlə yanaşı, məntiqi suallarada üstünlük verilib. Gəncə şəhər Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, olimpiadanın dekabr ayının sonunda keçiriləcək 2-ci turundan sonra yer tutmuş şagirdlər respublika mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR