Bank Of Baku

Güclü külək Mingəçevirə 150 min manat məbləğində maddi ziyan vurub

Güclü külək Mingəçevirə 150 min manat məbləğində maddi ziyan vurub
# 15 dekabr 2009 09:46 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Mingəçevirdə əsən güclü külək şəhərə xeyli ziyan vurub. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlham İsmayılov APA-nın yerli bürosuna bildirib ki, dekabrın 14-də səhər saatlarından başlayaraq saniyədə 28-30 metr sürətlə əsən külək 35-ə yaxın ağacı aşırıb, 40 fərdi yaşayış evinin dam örtüyünü qoparıb, çoxmərtəbəli yaşayış binalarının dam örtüyündə ümumilikdə 2000-ə yaxın şiferi qıraraq yararsız hala salıb. Şəhərdəki 8 saylı orta məktəbin dam örtüyünün yarısı qoparaq yerə düşüb. Külək 18 və 19 saylı orta məktəblərə, 1 saylı uşaq-musiqi məktəbinə, rəsm qalereyasına, 20 saylı uşaq bağçasına da ziyan vurub. Təkcə təhsil müəssisələrinin həyətində 25 ədəd ağac kökündən çıxaraq aşıb, ümumilikdə 239 ədəd şifer və bir çox pəncərənin şüşələri sınıb. Şəhərin elektrik və rabitə xətlərinə 2500 manat məbləğində maddi ziyan dəyib. Əhali bir neçə saat işıqsız və rabitəsiz qalıb. Külək şəhərdəki 10-a yaxın reklam lövhəsini də aşırıb.

Hazırda şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası şəhər təsərrüfatına dəyən ziyanı hesablayır. İlkin hesablamalara əsasən şəhərə 150 min manat məbləğində maddi ziyan dəyib. Bu barədə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verilib. Küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR