Bank Of Baku

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana gəlib

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycana gəlib
# 15 dekabr 2009 10:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin başçısı Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, nümayəndə heyətinə regional hökumətin üzvləri, işgüzar dairələrin nümayəndələri daxildir. Səfər zamanı nümayəndə heyəti İqtisadi İnkişaf, Nəqliyyat, Sənaye və Enerji, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirliklərində, Dövlət Xəzər Dəniz Gəmiçiliyində görüşlər keçirəcəklər. Nümayəndə heyətini baş nazir Artur Rəsizadə tərəfindən qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR