Bank Of Baku

“Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 15 dekabr 2009 10:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov ölkəmizdə həyata keçirilən regional inkişaf siyasətində bələdiyyələrin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Azərbaycan bələdiyyələrinin 10 illik fəaliyyətindən geniş danışan Ç. İsmayılov onların iş fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə bir sıra bölgələrdə sosioloji sorğuylar keçirildiyini qeyd edib. Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti bələdiyyələrin fəaliyyətindən narazı olduqlarını bildiriblər. Yarandığı gündən bəri bələdiyyələrin fəaliyyətində mövcud olan bir çox qüsurların hələ də aradan qaldırılmadığını vurğulayan Ç. İsmayılov bununla belə 2009-cu ildən başlayaraq bələdiyyə torpaqlarının hərrac yolu ilə satışa çıxarılmasını təqdirə layiq hesab edib. O, həmçinin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün müstəqil mailiyyə mənbələrinin formalaşmasını, bələdiyyələrdə çalışan mütəxəssizlərin yerli idarəetmə haqda biliklərinin artırılmasını və bələdiyyələrin müstəqil fəaliyyətinin təmin edilməsinin zəruri olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR