Bank Of Baku

Əzizbəyov və Suraxanı rayonlarında “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” adlı pilot layihə həyata keçiriləcək

Əzizbəyov və Suraxanı rayonlarında “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” adlı pilot layihə həyata keçiriləcək
# 15 dekabr 2009 10:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu ilin aprel ayında Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş dövlət-uşaq müəssisələrin transformasiyası üzrə baş plana əsasən, müəssisələrin transformasiyası həyata keçirilir və uşaqlar üçün alternativ xidmətlər yaradılır. Bunun nəticəsində 55 uşaq müəssisəsindən 9-u ümumtəhsil məktəbinə çevrilib. M. Mərdanovun sözlərinə görə, hazırda 46 dövlət-uşaq müəssisəsində 10054 nəfər tərbiyə alır. Onların 3960 nəfəri müəssisədə gecələyir, 6094 nəfəri isə müəssisədə yalnız təhsil alır, gecəni isə ailəsi ilə birlikdə keçirir. Nazir deyib ki, Dövlət Proqramı çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” adlı pilot layihə hazırlanır. Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə edilib. Layihənin məqsədi seçilmiş pilot rayonlarda uşaqların bioloji və alternativ ailələrə verilməsi, alternativ qayğıya cəld edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün uşaqların müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə pilot olaraq seçilən Əzizbəyov və Suraxanı rayonlarında sorğular keçirilib və məlumatlar toplanılıb. Hazırda bu məlumatlar əsasında sözügedən rayonların sosial xəritəsi hazırlanır.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə bildirib ki, Azərbaycanda uşaqların ailələrə verilməsində çoxlu nailiyyətlər əldə olunub. İlk öncə dövlət-uşaq müəssisələrində uşaqların vəziyyəti öyrənilib və müəssisələrin vəziyyəti dəyərləndirilib. Uşaqların yaşayacaqları icmaların vəziyyəti də dəyərləndirilib və müvafiq müdafiə mexanizmləri barədə düşünülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR