Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər barəsində BQXK-nın təşəbbüsü ilə başlayan milli proqramın yeni mərhələsinə start verilib

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər barəsində BQXK-nın təşəbbüsü ilə başlayan milli proqramın yeni mərhələsinə start verilib
# 15 dekabr 2009 14:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hələ də itkin düşmüş sayılan şəxslər barəsində məlumat toplanmasına dair hakimiyyət orqanlarına öz öhdəliklərini yerinə yetirməkdə yardım göstərmək üçün 2008-ci ildə BQXK-nın təşəbbüsü ilə başlayan milli proqramın yeni mərhələsinə start verilib. Ailələrin öz əzizlərinin başına nə gəldiyini bilmək hüququ var”. BQXK-nın Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu nümayəndəliyin başçısı Ton Vandenhov deyib. T. Vandenhov bildirib ki, BQXK, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hələ də itkin düşmüş sayılan şəxslər barəsində məlumat toplanılması üçün səylərini ikiqat gücləndirib.

Qeyd edək ki, AzQAC-ın 38 nəfər könüllüsü 35 şəhər və rayonda - Xızı, Xaçmaz, Qusar, Quba, Dəvəçi, Siyəzən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan, Saatlı, Salyan, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada bu prosesdə iştirak etməyə razı olan itkin düşmüş şəxslərin ailələrinə baş çəkir, onların qohumlarının hansı şəraitdə yoxa çıxmaları və itkin düşmüş şəxslərin zahiri görünüşləri haqda geniş məlumat toplayırlar.

Azərbaycanın 21 şəhər və rayonunda artıq 2000-dən çox sorğu anketi toplanıb. Tezliklə əldə olunan məlumatlar itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə kömək etmək üçün mərkəzləşdirilmiş qaydada idarə edəcək dövlət orqanına təhvil veriləcək. İtkin düşmüş şəxslər barədə məlumatlar AzQAC-ın “Qaynar xətti” - 493 16 38 nömrəli telefon vasitəsilə də çatdırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR