Göyçayda ilk torpaq müsabiqəsi keçirilib
16 dekabr 2009 14:10 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunda ilk dəfə müsabiqə yolu ilə satılan torpaq sahələri həyətyanı sahə kimi istifadə olunacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Göyçay rayon şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Potu və Ərəbcəbirli kənd bələdiyyələri tərəfindən müsabiqəyə 3 torpaq sahəsi çıxarılıb.
Ərəbcəbirli bələdiyyəsi 1 sot torpağa 30 manat, Potu bələdiyyəsi isə 100 manat ilkin satış qiyməti qoyub. DTXK-nın rayon şöbəsinin binasında keçirilən müsabiqədə iştirak etmək üçün 9 nəfər ərizə ilə müraciət edib. Sonda 3 nəfər qalib gələrək həmin torpaq sahələrini həyətyanı təsərrüfat yaratmaq məqsədilə bələdiyyədən alıb. Potu kəndində 7 sot torpaq 720 manata və 10 sot torpaq 1030 manata, Ərəbcəbirli kəndində isə 11 sot torpaq 345 manata satılıb.

Sosial
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
21:16
30 aprel 2024
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
17:22
30 aprel 2024
Növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə çatıb - FOTO - YENİLƏNİB
16:54
30 aprel 2024
Mayın əvvəllərində 20 ailə Şuşa şəhərinə yola salınacaq
16:09
30 aprel 2024